“Üçüncü ölkələr Mariupolun müdafiəçiələrinin mühasirəyə alınmış “Azovstal” zavodundan azad edilməsi üzərində işləyirlər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Ria 1” telekanalına müsahibəsində deyib.

“Biz dayanmamalıyıq. Hər bir insan üçün mübarizə aparmalıyıq. Düzünü desəm, ölənləri orada buraxmaq istəmirik, çünki ailələri onları gözləyir. Rusiyaya məlumat ötürdük. Biz hətta üçüncü bir ölkəni cəlb etmək mexanizmindən istifadə etdik. İsrail, İsveçrə və Türkiyə bu gün bu məsələ üzərində işləyir”, – o söyləyib.

İstinadlar Report