Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Lozovaya şəhərinə endirdiyi raket zərbəsini şərh edib.

Bu barədə dövlət başçısının teleqram kanalında məlumat verilib.

“Xarkov vilayəti. Lozovaya şəhəri. Yenicə bərpa edilmiş Mədəniyyət Evinə Rusiyanın raket zərbəsi. 7 nəfər xəsarət alıb, içlərində 11 yaşlı uşaq da var. İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdiriblər və onları vurmaq üçün nə raketlərinə, nə də bombalarına heyfləri gəlir. Belə hədəfləri seçən insanların başında görəsən nə var? Mütləq pislik, mütləq axmaqlıq”, – Ukrayna dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Rusiya hərbçiləri Xarkov vilayətinin Lozovaya şəhərinin mərkəzinə raket zərbələri endirib, nəticədə 7 nəfər yaralanıb.

İstinadlar Report