Ukrayna Prezidenti Volodimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatlarını açıqlamamağa çağırıb.

Dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.

“Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi bir o qədər yaxşı olar”, – o, deyib.

İstinadlar Report