Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib və ölkənin müdafiə məsələlərini müzakirə edib.

Bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində bildirib.

“Bu gün hərbçilərlə müşavirə olub – xüsusi hərbi görüş, özəl iştirakçı çevrəsi. Təhlükəsizlik sektoru üzrə həmçinin müşavirə keçirdim. Müdafiə, həm xarici təhdidlərdən, həm də daxili təhdidlərdən müdafiəmizin gücləndirilməsi. Cavab addımlarımızı hazırlayırıq”, – Ukrayna lideri vurğulayıb.

İstinadlar Report