
Volodimir Zelenski Çexiya Respublikasının yeni Prezidentini seçkilərdə qələbəsi münasibətilə təbrik edib və onu Ukraynaya səfərə dəvət edib.
“Mən Peter Paveli Çexiyada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə şəxsən təbrik etdim. Ona və çex xalqına sarsılmaz dəstəyə görə təşəkkür etdim. Onu Ukraynaya səfərə dəvət etdim”, – Zelenski yazıb.
Xatırladaq ki, Petr Pavel Çexiyada keçirilən prezident seçkilərində Ukraynanı Rusiyanın işğalına qarşı fəal şəkildə dəstəkləyərək qalib gəlib.