Rusiyanın partlayıcı döyüş başlığına malik zərbə dronu Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunun sığınacağına düşüb, hücum nəticəsində sarkofaq zədələnib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

“Bu gecə Rusiyanın zərbə dronu Çernobıl AES-in dağıdılmış 4-cü enerji blokunun radiasiyasından qoruyan sığınacağa düşüb”, – o bildirib və qeyd edib ki, hücum nəticəsində başlayan yanğın artıq söndürülüb.

V.Zelenski xatırladıb ki, bu sığınacağı Ukrayna digər Avropa və dünya ölkələri, ABŞ ilə birlikdə inşa edib.

İstinadlar Report