Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın federal kansleri Karl Nehammer ilə Avropa Şurasının qarşıdan gələn sammitini və Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini müzakirə edib.

Bu barədə Ukrayna lideri tviter hesabında bildirib.

“Humanitar dəstəyə görə Avstriyaya təşəkkür etdim. Ölkəmizin bərpası və Luqanoda keçiriləcək Ukraynanın bərpası üzrə konfransla bağlı fikir mübadiləsi apardıq”, – Zelenski qeyd edib.

İstinadlar Report