
ABŞ rəsmiləri aprelin 11-də Brüsseldə Ukrayna üzrə “Ramştayn” formatlı görüşü buraxa bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart De Veverlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Britaniya və Almaniya həqiqətən də bizə ABŞ-nin iştirak edə bilməyəcəyinə dair siqnal ötürüblər. ABŞ ilə müzakirə edəcəyimiz şeylər var. Ümid edək ki, onlar mövqelərini dəyişəcəklər”, – o deyib.