
ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 20-22-də Kiyevə səfər edəcək.
Bunu ölkə Prezidenti Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib.
O, K.Kelloqla danışıqlar aparacağını deyib. Həmçinin xüsusi nümayəndənin Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Umerovla görüşləri planlaşdırılır.