
Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlar üzrə danışıqlar müsbət istiqamətdə irəliləyib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O əlavə edib ki, müxtəlif formatlarda aparılan danışıqlar bu həftənin sonuna qədər davam edəcək. Onun sözlərinə görə, belə məsləhətləşmələrdən sonra tərəflər müzakirələrin nəticələrini təqdim edəcəklər.
Xatırladaq ki, ötən həftə Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə texniki danışıqlar aparmaq üçün Vaşinqtona getmişdi.