
Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksini (ZRK) 15 milyard dollara almağa hazırdır, lakin Vaşinqton qurğuları satmaqdan imtina edir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində bildirib.
“Bizə bəzi şəhərləri müdafiə etmək üçün ən azı 10 “Patriot” sistemi lazımdır, bu isə 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq”, – o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, Ukrayna avropalı tərəfdaşların hesabına ABŞ-dən hava hücumundan müdafiə sistemlərini və digər silahları almaq niyyətindədir.