Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.

Bu Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirmişdi ki, “Zəfər tarixi” fənni 9-cu siniflərdə 1 saat, Azərbaycan dilində tədris olunacaq. Onun sözlərinə görə, yeni fənni əsasən tarix müəllimləri tədris edəcəklər. Bu, onlar üçün əlavə dərs yükü olacaq.

İstinadlar Qafqazinfo