Tərtər rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələni bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra icra başçısı Müstəqim Məmmədov və millət vəkili Anar Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.

8 Noyabr Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Anar Məmmədovun şəhid ailələri, qazi və müharibə veteranlarının şərəfinə təşkil etdikləri bayram süfrəsi arxasında tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramına baxıblar.








İstinadlar Qafqazinfo