Sabunçuda Zəfər bayramı qeyd olunub.

Öncə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində şəhidlərin məzarları ziyarət edilib.

Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. 

Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Yaşıl Vətənimizin Zəfər təntənəsi” adlı konsert proqramı keçirilib. 

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Fazil Mustafa, Arzuxan Əlizadə və Azər Allahverənov, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin rayon təşkilatlarının üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. 

İlk olaraq tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad olunub.

Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib.





İstinadlar Qafqazinfo