Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər”, – o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar.

 

İstinadlar Report