Rusiyalı müğənni Lyubov Uspenskaya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın şeirləri əsasında albom buraxmaq niyyətindədir.

Bu barədə müğənni özü danışıb.

Məlumata görə, rusiyalı diplomat artıq müğənni üçün “Mən səni çox sevirdim”, “Dua” və “Güc mənimlədir” kimi mahnılara şeirlər yazıb. 

Uspenskaya Zaxarovanın ona daha çox mahnı yazmasını arzuladığını bildirib: “Mən onun mahnılarını konsertlərdə məmnuniyyətlə ifa edirəm”.

İstinadlar Qafqazinfo