“Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginlikdən ciddi narahatıq. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin “əsas resepti” Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasıdır.