
“Rusiya ümid edir ki, Ermənistan qərblilərin avantürasının təhlükəsini dərk edəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin bəyanatına münasibət bildirərkən deyib.
“Moskvanın Vaşinqtonun postsovet məkanında, xüsusən də Cənubi Qafqazda real məqsədləri barədə heç bir illüziyası yox idi”, – o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ı hadisələrin nəticələri maraqlandırmır, Vaşinqton qurulan bütün təhlükəsizlik arxitekturasını məhv etmək, bütün müsbət məqamlara zərbə vurmaq niyyətindədir.