
“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News-ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.
“Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, – o vurğulayıb.