“Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib.

“Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”,  – o bildirib.

M.Zaxarova xatırladıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan liderlərinin telefon söhbətində müzakirə olunub.