Mətn olduğu kimi təqdim edilir…

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.V.Zaxarovanın Dağlıq Qarabağ əhalisinə humanitar yardımla bağlı şərhi:

Rusiya tərəfi Rusiya Federasiyasının Xarici İşlər Naziri S.V.Lavrovun Laçın və Ağdam marşrutlarının humanitar yüklərin daşınması üçün paralel olaraq blokdan çıxarılması təşəbbüsü əsasında Dağlıq Qarabağdakı çətin humanitar vəziyyətin həllinə yardım etməkdə davam edir.

Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman partiyaları çatdırılıb. Biz yerli əhalinin maraqları naminə maneəsiz və müntəzəm humanitar yardımların davam etdirilməsini gözləyirik.

Ümid edirik ki, Dağlıq Qarabağda humanitar vəziyyətin tədricən yaxşılaşdırılması Bakı ilə Stepanakert arasında dialoqun başlanmasına və liderlər arasında 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq.