
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb.
Bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, – o vurğulayıb.