Əməkdar mədəniyyət işçisi, tanınmış teleaparıcı Zaur Baxşəliyev yenidən universitetə qəbul olunub.

O bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Aparıcı “Zenith” Xaricdə Təhsil Mərkəzi ilə universitetə qəbul olunması barədə məlumatı izləyiciləri ilə bölüşüb: “Mən heç bir imtahan vermədən Moskva İdarəetmə Akademiyasının Hüquq fakültəsinə qəbul olundum”. 

Baxşəliyev qeyd edib ki, 1998-ci ildə orta məktəbi əla qiymətlərlə, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini isə qırmızı diplomla bitirib.

İstinadlar Qafqazinfo