Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Qaz-3110” və motosikletin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov