Məscid imamı qəfil dünyasını dəyişib.

Bu gün Zaqatala rayonu, Muğanlı kəndinin imamı, həmin kənd sakini 1980-ci il təvəllüdlü Musayev Elşən Mövlud oğlunun halı birdən-birə pisləşib.

Elşən Musayev yaxınlarının köməyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da o, xəstəxanada vəfat edib.

Mübariz Muradov

İstinadlar Qafqazinfo