Güclü külək Zaqatalada fəsadlar törədib.

Axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin olması səbəbindən Zaqatala şəhəri və rayonun bır sıra yaşayış məntəqələrində ağaclar elektrik xətlərinin  üzərinə aşıb.

Rayonun Makov kəndi ərazisində bir neçə elektrik dirəyinin aşması nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda müvafiq qurumlar ərazilərdə qırılmış elektrik naqillərin bərpa edilməsi istiqamətində işlər aparır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo