Avqustun 19-da Zaqatala rayonunda “Kənd Boğçası” kənd təsərrüfatı yarmarkası keçiriləcək

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisindən bildirilib.

Məlumata görə, yarmarka Azərbaycan hökumətinin maliyyələşdirdiyi FAO ilə Tərəfdaşlıq Proqramı və Avropa İttifaqının maliyyələşdirdiyi layihə çəçivəsində baş tutacaq. Yarmarkada qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi, sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.

İstinadlar Report