
Zaqatala rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Muxax kəndində olub.
Belə ki, yanğın 1940-cı il təvəlüdlü Ömərova Gözəl Xalıq qızına məxsus yaşayış evində olub.Yanğın yerinə Zaqatala rayon YMH-nin texnikaları cəlb edilib.
Yanğın zamanı ümumi sahəsi 150 k/m olan 1 otaqlı yaşayış evinin bir otağının 50 k/m hissəsi və çardağının 20 k/m hissəsi yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 1972-ci il təvvəlüdlü Ömərova Arzu İbrahim qızı yanaraq dünyasını dünyasını dəyişib.
Mübariz Muradov