Zaqatala rayonunda dağlıq ərazidə yanğın baş verib.

Yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Car kəndi inzibati ərazisinə aid olan hissədə qeydə alınıb.

Yanğın olan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Rayon Meşə Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb və yanğın söndürülüb.

Mübariz Muradov

İstinadlar Qafqazinfo