
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin “Qaynarxətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub.
Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.