Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.

Bu barədə Zambiyanın ticarət və sənaye naziri Çipoka Mulenqa bildirib.

“Hazırda ehtiyat tədbirləri görməyə və sərhədi bağlamağa qərar verdik”, – nazir deyib.

“Sərhəddə yük maşınlarının yığılmağa başladığı bir vəziyyətdə ola bilərik”, – o əlavə edib.

Nazir sərhədin bağlanmasının səbəbini və yenidən açıla biləcəyi vaxtı açıqlamayıb.

Öz növbəsində, Konqonun “Okapi” radiostansiyası Yuxarı Katanga əyalətinin səlahiyyətlilərinə istinad edərək, Zambiyanın Konqo səlahiyyətlilərinin qonşu ölkədən pivə, alkoqolsuz içkilər və saxsı məhsulların idxalını qadağan etmək qərarına cavab olaraq sərhədi bağladığını bildirib. Qadağa yalnız yük daşımalarına aiddir və insanların hərəkətinə şamil edilmir.

İstinadlar Report