
Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə telefon danışığı zamanı ordusunun hücum planları barədə məlumat verib, həmçinin ona Ukraynanın hücuma keçmək üçün silah, o cümlədən uzaqmənzilli mərmilərin tədarükü üçün müraciət edib.
Bu barədə baş komandan teleqramda yazıb.
“Biz silah, hərbi texnika və sursatların tədarükü məsələsinə diqqət yetirdik. Prioritet ehtiyaclar arasında uzaqmənzilli mərmilər də var”, – Zalujnı əlavə edib.