Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

“Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib.

İstinadlar Report