Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri yaralılara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

İstinadlar Report