“Ordumuzun bu müharibədə qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 3-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatıb və torpaqlarımız işğaldan azad edilib.