İranda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov iranlı həmkarı Məhəmməd Rza Aştiyani ilə görüşüb.

Onlar görüş zamanı ikitərəfli əlaqələr və bölgəyə aid məsələlər barədə fikir mübadiləsi aparıblar.

M.Aştiyani İran və Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Müdafiə naziri, həmçinin iranlı həmkarını Azərbaycana səfərə dəvət edib.