Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib.

Bu haqda Müdafə Nazirliyi məlumat yayıb.

Sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.





İstinadlar Qafqazinfo