“Bu Şəhərdə” teatrının Sumqayıtda planlaşdırılan konserti ləvğ edilib.

Azərbaycan 24 xəbər verir ki, bu barədə teatrın prodüseri Müşfiq Abbasov məlumat yayıb:

“Əziz Sumqayıt tamaşaçılarımız, artıq 15 gündür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib.

Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu Şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

“Bakı, Moskva, London, Riqa, Köln, Tbilisi və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu Şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.