Daşkənddə Azərbaycan kapitallı müəssisələrin sayı 180-nə çatıb.

Bunu Daşkənd şəhərinin (Özbəkistan Respublikası) rəhbərinin müavini Zafarxodja Tursunov Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan iş adamlarının tikinti, xidmət və sənaye sahəsindəki layihələrə böyük marağı var.

“Azərbaycanın Daşkəndlə qarşılıqlı ticarət dövriyyəsi ötən il 80 milyon ABŞ dollarından, bu ilin birinci rübündə isə 25 milyon ABŞ dollarından çox olub. Daşkəndi 2023-cü ildə Azərbaycandan 8 mindən çox turist ziyarət edib. Bununla belə biz dərk edirik ki, mövcud nəticələr tərəflərin potensialına uyğun deyil. Ona görə də biz təklif olunan imkanlardan ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün istifadə etməliyik”, – deyə Z.Tursunov qeyd edib.

İstinadlar Report