Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib.

“Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

Qeyd edək ki, gecənin digər görüşündə 73 kq çəki dərəcəsində mübarizə aparan Elxan Əliyev isə əlavə raundda İran əsilli Almaniya vətəndaşı Cihad Akipaya xal hesabı ilə uduzub.
İstinadlar oxu.az