Məşhur azərbaycanlı idmançı Zabit Səmədov Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialında rol alacaq.
Bu barədə ekran işinin ssenaristi və prodüseri Mehmet Bozdağ sosial şəbəkədə məlumat yayıb:

“Bütün dünyada uğurları ilə bizi qürurlandıran kikboks ustası Zabit Səmədov “Kuruluş Osman”a qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun”.

Qeyd edək ki, sözügedən ekran işinin baş qəhrəmanı Burak Özçivitdir.