“Laçın rayonunun Sarıbaba yüksəkliyində basdırılan minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var”.
Bunu Müdafiə Nazirliyinin polkovnik-leytenantı Cavid Cavbarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və jurnalistlərə məlumat verərkən deyib.
Onun sözlərinə görə, Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan minalar 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilib: “Bunlar piyada əleyhinə fuqas tipli minalardır. Minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və gövdəsi 200 qramdır. Minalar insan tələfatı üçün nəzərədə tutulub. Sarıbabadakı minalar Vətən müharibəsindən sonra 2021-ci ilin birinci həftəsində basdırılıb”.