Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış “Froylyayn Lizerin portreti” rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. 

Bu barədə məlumatı satışı həyata keçirən “im Kinsky” hərrac evi yayıb.

Bildirilir ki, Klimtin 1917-ci ilin yazında çəkdiyi bu rəsmi Honqkongdan bir alıcı əldə edib.

Qeyd edək ki, sözügedən rəsm əsərinin 1925-ci ildən 1961-ci ilə qədər taleyi məlum deyil.Əsərin bundan əvvəlki sahibləri 1960-cı ildən sonra ona qanuni əsaslarla yiyələniblər. Bu dövrə qədər isə əsər itmiş hesab olunub.

“Froylyayn Lizerin portreti” 1960-cı illərdən sonra miras yolu ilə 3 şəxsə məxsus olub. “im Kinsky” cari ilin yanvarında rəsm əsərinin tapıldığını elan edib. Əsərin son sahibinin kim olduğu açıqlanmayıb.

İstinadlar Qafqazinfo