Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.
Ağdaş rayonunun Orta Ləki kənd sakini Kərimli Samir Mirzə oğlunun meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.