Rusiyada fəaliyyət göstərən Xalq artisti Yusif Eyvazov və xanımı, tanınmış opera sənətçisi Anna Netrebko Bakıya gəlir.

Onlar mayın 11-də Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” adlı konsert proqramı ilə çıxış edəcəklər.  Musiqili gecədə xalq artisti Elçin Əzizov da iştirak edəcək.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

 

İstinadlar Qafqazinfo