Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq

Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir.
J.Yunker deyib: “Görək, yaxın aylarda Türkiyə hansı irəliləyişlərə nail olacaq. Amma jurnalistlər azad edilməyənədək heç bir irəliləyiş olmayacaq”.