Yunanıstan və Şimali Makedoniya diplomatik münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı səfirlik təsis edəcəklər.

Bunu Yunanıstanın Baş naziri Aleksis Tsipras Skopye şəhərində şimali makedoniyalı həmkarı ilə danışıqlardan sonra bildirib.

O, səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalandığını və müştərək tədbirlər planının təsdiqləndiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, A.Tsipras Yunanıstanın Şimali Makedoniyaya səfər edən ilk baş naziri kimi tarixə düşüb.

Xatırladaq ki, iki qonşu ölkə arasında soyuqluq ötən il iyun ayında Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) adının dəyişdirilərək Şimali Makedoniya adlandırılmasından sonra aradan qalxıb.

İstinadlar Report