Egey dənizindəki Kiklad arxipelaqı adalarında son iki gündə maksimumu 4,5 maqnitudalı olmaqla 200 zəlzələ baş verib, hakimiyyət bazar ertəsi məktəbləri bağlamaq qərarına gəlib və vətəndaşlara, təşkilatlara üzgüçülük hovuzlarından suyu boşaltmağı tövsiyə edib, çünki bu, tikililərin və binaların yırğalanmasına kömək edir.

Bu barədə Yunanıstanın İqlim Böhranı ilə Mübarizə və Mülki Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, Santorini yaxınlığında seysmik aktivlik azalmaqda davam edir. “Bununla belə son 48 saat ərzində Santorini və Amorqos arasındakı Anidros bölgəsində maqnitudası 4,5 olan 200-dən çox zəlzələ baş verib. Anidros ərazisindəki hazırkı seysmik aktivlik şimal-şərqdən cənub-qərbə doğru yönəlmiş sualtı qırılmalar nəticəsində yaranıb və vulkanik fəaliyyətlə bağlı deyil”, – məlumatda deyilir.

İstinadlar Report