Yunanıstanda Milli Peyvənd Komitəsi koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddəti altı aydan üç aya endirib.

Bunu Yunanıstanın ilkin tibbi-təcili yardım xidmətinin baş katibi Marios Femistokleous deyib.

Qərar “omikron” ştamının yayılması ilə əlaqədar qəbul edilib.

Yeni ştamın yayılması və bir sıra ölkələrdə, o cümlədən Yunanıstanda təsdiqlənməsi ilə əlaqədar olaraq, Milli Peyvənd Komitəsi bütün milli və beynəlxalq məlumatları nəzərdən keçirib və 18 yaşdan yuxarı bütün vətəndaşlara gücləndirici doza qəbul etməyə icazə verib”, – Femistokleus bildirib.

İstinadlar Report