Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib.

Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir.

Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb.

Polis axtarışlar zamanı 5 “Kalaşnikov” avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib.

Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib.

İstinadlar Report